İnvestorlar FED-in növbəti faiz qərarından xəbər verəcək məlumatları yaxından izləyəcək.
İndex.az xəbər verir ki, qızıl bazarlar bu həftə FED protokollarını, inflyasiya və pərakəndə satış məlumatlarını gözlədiyi üçün qızılın qiyməti sabit qalıb.
Hazırda qızılın unsiyası 1999 dollara satılır.
Cümə günü ABŞ-da davam edən güclü məşğulluğa dair hesabatın açıqlanması, FED-in faiz artımı ehtimalını yenidən artıraraq, əmək bazarında güclü tələbata işarə etdi.
Bu isə qiymətli metala təzyiqi artırdı.
Bu həftə açıqlanan inflyasiya və pərakəndə satış məlumatlarının FED-in inflyasiyanın qarşısını almaq üçün sərtləşdirmə siyasətinə davam edib-etməyəcəyinə dair əlavə ipucu verməsi gözlənilir.
Qeyd edək ki, bank böhranı təhlükəsiz aktivlərə tələbi artırdığı üçün qızılın qiyməti 2000 dolları keçmişdi. Lakin güclü məşğulluq məlumatları FED-in inflyasiya ilə mübarizəsinin bitmədiyini göstərdiyi üçün qızıl yenidən dəyərini itirib.
