"Accessbank" 2023-cü ilin III rübünə olan hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, "Accessbank"ın III rüb üzrə açıqladığı hesabata görə, bankın aktivləri ilin əvvəlinə nəzərən 225.226 milyon manat artaraq 1 milyard 394.081 milyon manata yüksəlib. Xatırladaq ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 1 milyard 168.855 milyon manat idi.

Bank tərəfindən 2023-cü ilin III rübündə müştərilərə verilmiş kreditlərin həcmi 992.398 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 813.549 milyon manat kredit verildiyini nəzərə alsaq, 178.849 milyon manatlıq artımın olduğunu görürük.

2023-cü ilin III rübündə kreditlər müştərilərə 3 istiqamətdə verilib: istehlak, biznes və daşınmaz əmlak kreditləri. Hər üç istiqamətdə verilmiş kreditlərin həcmində artım müşahidə olunub. Belə ki, 2023-cü ilin əvvəlində 174.215 milyon manat olan istehlak kreditləri 59.274 milyon manat artaraq 2023-cü ilin III rübündə 233.489 milyon manata, 634.017 milyon manat olan biznes kreditləri 118.667 milyon manat artaraq 752.684 milyon manata, 5.317 milyon manat olan daşınmaz əmlak kreditləri 908 min manat artaraq 6.225 milyon manata çatıb.

2023-cü ilin III rübün sonuna "Accessbank"ın depozit portfeli 1 milyard 25.559 milyon manat təşkil edib. İlin əvvəlində bu göstərici 860.054 milyon manat idi.

2023-cü ilin əvvəlinə nəzərən cari ilin III rübində fiziki şəxslərin banka qoyduğu depozitlər 81.230 milyon manat artaraq 719.013 milyon manatdan 800.243 milyon manata yüksəlib.

Hesabat dövründə hüquqi şəxslərin banka qoyduğu depozitlər 141.041 milyon manat olduğu halda, 2023-cü ilin III rübündə bu göstərici 84.275 milyon manat artaraq 225.316 milyon manat olub.

"Accessbank"ın 2023-cü ilin III rübündə kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 2023-cü ilin əvvəlinə nəzərən 23.437 milyon manat artaraq 135.053 milyon manatdan 158.490 milyon manata yüksəlib.

Bankın nizamnamə kapitalı 2023-cü ilin III rübündə cari ilin əvvəlinə nəzərən dəyişməyərək 270.107 milyon manat təşkil edib.

2023-cü ilin III rübündə bankın bölüşdürülməmiş zərəri 135.914 milyon manat təşkil edir.

"Accessbank"ın faiz gəlirləri 2023-cü ilin əvvəlinə nəzərən 2023-cü ilin III rübündə 1.464 milyon manat artaraq 140.555 milyon manatdan 142.019 milyon manata yüksəlib.

"Accessbank"ın faiz xərcləri isə 2023-cü ilin əvvəlinə nəzərən 2023-cü ilin III rübündə 3.695 milyon manat azalaraq 56.981 milyon manatdan 53.286 milyon manata enib.

Bankın 2023-cü ilin III rübündə xalis faiz gəliri 88.733 milyon manat təşkil edib. Bu, 2023-cü ilin əvvəlinə (83.574 milyon manat) nəzərən 5.159 milyon manat çoxdur.

2023-cü ilin III rübündə bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları 11.577 milyon manat olub. Bu göstərici 2023-cü ilin əvvəlində 9.297 milyon manat olaraq qeydə alınıb.

Bankın dövr üzrə xalis mənfəəti 29.309 milyon manata yüksəlib.

"Accessbank"ın məcmu kapitalı isə 133.902 min manat təşkil edib. Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinın qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalı minimum 50 milyon manat təşkil etməlidir.

Xatırladaq ki, "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" (AMMB) QSC 29 oktyabr 2002-ci ildə Bakıda fəaliyyət göstərməyə başlayıb. 8 sentyabr 2008-ci il tarixindən Bank adını dəyişdirərək öz fəaliyyətini "AccessBank" olaraq davam etdirməyə başlayıb. Onun nizamnamə kapitalı 270,107 min manatdır. Bankın səhmlərinin 19,90%-i "Asian Development Bank"a, 17,39%-i "European İnvestment Bank"a, 16,56%-i "İnternational Finance Corporation"a, 9,41%-i "Entrepreneruial Development Bank"a, 9,17%-i "Oesterreichische Entwicklungsbank"a, 8,89%-i "Swiss Investment Fund for Emerging Markets"ə, 7,11%-i "ResponsAbility SICAV"a, 6,4%-i "Black Sea Trade and Development Bank" və "Green for Growth Fund"a 5,18%-i isə "ResponsAbility MultiConcept Fund Management"ə məxsusdur.