2024-cü ilin 2-ci rübü ərzində "Accessbank”ın kredit portfeli artıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 2-ci rübü ərzində bankın kredit portfelinin həcmi 1.080.959 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bank tərəfindən müştərilərə 939.267 milyon manat kredit verildiyini nəzərə alsaq, 141.692 milyon manatlıq artımın olduğunu görürük.

Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, ötən il ərzində istehlak kreditləri 7.826 milyon manat artaraq 231.052 milyon manat, biznes kreditləri 130.767 milyon manat artaraq 841.560 milyon manat, daşınmaz əmlak kreditləri isə 3.099 milyon manat artaraq 8.347 milyon manat təşkil edib.

Beləliklə, "Accessbank"ın kredit portfelinin 77,8%-dən çoxunu biznes kreditləri təşkil edir.

"Accessbank"ın nizamnamə kapitalı 270.107 milyon manatdır. Bankın səhmlərinin 19,90%-i “Asian Development Bank”a, 17,39%-i “European İnvestment Bank”a, 16,56%-i “İnternational Finance Corporation”a, 9,41%-i “Entrepreneruial Development Bank”a, 9,17%-i “Oesterreichische Entwicklungsbank”a, 8,89%-i “Swiss Investment Fund for Emerging Markets”ə, 7,11%-i “ResponsAbility SICAV”a, 6,4%-i “Black Sea Trade and Development Bank” və “Green for Growth Fund”a 5,18%-i isə “ResponsAbility MultiConcept Fund Management”ə məxsusdur.