"UBS Global Wealth Management"in baş analitiki David Lefkovitz ABŞ səhmlərindəki mənfi durumun davam edə biləcəyi ilə bağlı öz fikirlərini səsləndirib.
İndex.az xəbər verir ki, Lefkovitzin sözlərinə görə, bazarda olan son satışlardan sonra bazarlardakı neqativ vəziyyətin bitdiyi ilə bağlı konkret fikir səsləndirməlk mümkün deyil.
Onun sözlərinə görə, bazarlarda olan qeyri-müəyyən vəziyyətə baxmayaraq ABŞ-da artımın davamlı olacağına, inflyasiyanın aşağı düşəcəyinə, FED-in uçot dərəcələrini endirəcəyinə və süni intellekt xərclərinə görə fond bazarının proqnozunun yenidən müsbət olacağına inandığını bildirib.
Qeyd edək ki, "S&P 500" birjasında olan 300 şirkətin səhmləri bazar ertəsi günü yüksəlişlə bağlanıb.
