ABŞ dövlət katibi Antoni Blinken, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) sədrlik etdiyi qıtlıq və qarşıdurmaların yaratdığı qlobal ərzaq təhlükəsizliyi mövzusunda keçirilən sessiyadan sonra jurnalistlərin suallarını cavablandırıb.

İndex.az xəbər verir ki, Blinken Rusiyanın Qara dəniz taxıl sazişindən “şantaj” vasitəsi kimi istifadə etdiyini iddia edib:

"Ərzaqdan müharibə vasitəsi kimi istifadəni dayandırmaq öhdəliyi götürən 91 ölkə birgə bəyanat yayıb. Bu, özlüyündə güclü bəyanatdır və biz başqalarını da qoşulmağa dəvət edirik".

Rusiyanın Ukrayna ilə müharibəsində Qara dəniz taxıl sazişindən “şantaj” kimi istifadə etdiyini və bundan imtina etməsi lazım olduğunu söyləyən Blinken, Qara dəniz taxılının təkcə Ukraynanın deyil, dünya ölkələrinin taxıl ehtiyacları üçün də olduğunu bildirib.