ABŞ-ın federal hakimi Amit Mehta "Google"a qarşı qaldıran işlə bağlı ABŞ Ədliyyə Departamentinin çoxdan gözlənilən qərarını bu gün açıqlayıb.
İndex.az xəbər verir ki, federal hakim "Google"un internet axtarışı və axtarış reklamlarında “qanunsuz monopoliyaya” malik olduğuna qərar verib:
"Şahidlərin və sübutların təfərrüatlı araşdırılması nəticəsində bu qərara gəlmişik. "Google" inhisarçıdır və bu inhisarı qorumaq üçün fəaliyyət göstərmişdir. Bu isə Şerman Qanununun 2-ci maddəsini pozur".
İlk dəfə internet axtarışı ilə bağlı böyük bir məhkəmə prosesini uduzan "Google"un bu gün yenidən məhkəməyə müraciət edə biləcəyi bildirilib.
