ABŞ Konqresinin Nümayəndələr Palatası borc limitini artırmaqla ölkənin defoltunun qarşısını alacaq qanun layihəsini qəbul edib.

İndex.az xəbər verir ki, Ağ Evlə Respublikaçılar arasında uzun sürən danışıqlardan sonra razılaşdırılan qanun layihəsi Nümayəndələr Palatasında 314 səslə qəbul edilib.

ABŞ prezidenti Co Bayden qanun layihəsi Nümayəndələr Palatasından keçdikdən sonra verdiyi yazılı açıqlamada bildirib ki, Nümayəndələr Palatası ilk defoltun qarşısını almaq və ölkənin əziyyətlə qazanılan və tarixi iqtisadi bərpasını qorumaq üçün kritik bir addım atdı".