"Vanguard"ın qlobal faizlər üzrə rəhbəri Rocer Hallam, ABŞ iqtisadiyyatını bu ilin ikinci yarısında mülayim tənəzzülə sürüklənəcəyini bildirib.

İndex.az xəbər verir ki, "Vanguard"ın qlobal faizlər üzrə rəhbəri Rocer Hallam bildirib ki, son bank uğursuzluqlarından sonra daha sərt kredit şərtləri ABŞ iqtisadiyyatını bu ilin ikinci yarısında mülayim tənəzzülə sürükləyəcək və bu, aşağı faiz dərəcələrinin gözlənilməsi ilə uzunmüddətli istiqrazların tədricən artmasına təkan verəcək:

"Biz hesab edirik ki, kredit standartlarının sərtləşdirilməsi iqtisadiyyatı bu ilin ikinci yarısında tənəzzülə sürükləyəcək. Qısa müddətdə faiz dəyişkənliyi yüksək qalacaq. Mümkün tənəzzül zamanı ABŞ-ın 10 illik Xəzinədarlıq gəlirlərinin hazırkı səviyyələri, həm səhmlər kimi risk aktivlərindəki itkiləri kompensasiya etmək üçün, həm də investorlara portfellərini genişləndirməyə başlamaq üçün yaxşı fürsət yaradacaq".