ABŞ-ın xarici ticarət kəsiri artıb.
İndex.az xəbər verir ki, ABŞ-ın xarici ticarət kəsiri aprel ayında aylıq bazda 8,7% artaraq 74,6 milyard dollara yüksəlib.
Bununla da, ABŞ-ın xarici ticarət kəsiri 2022-ci ilin oktyabr ayından bəri ən yüksək səviyyəyə çatıb.
Bazar gözləntisi bu dövrdə xarici ticarət kəsirinin 76,2 milyard dollar olacağı idi.
