ABŞ-ın Venesuelada keçirdiyi əməliyyatı zamanı azı 100 nəfər ölüb.

İndex.az xəbər verir ki, bu barədə Venesuelanın daxili işlər naziri Diosdado Kabello açıqlama verib.

Onun sözlərinə görə, əməliyyat zamanı Nikolas Maduro və həyat yoldaşı Siliya Flores yaralanıb.

Kabello bildirib ki, Siliya Flores baş nahiyəsindən, Nikolas Maduro isə ayağından xəsarət alıb.

Daxili işlər naziri əlavə edib ki, Amerika ordusunun Maduronun həyat yoldaşını saxlamaq planı olmayıb.

Siliya Flores özü təxliyə zamanı Maduro ilə birlikdə aparılmasını istəyib.