Ukrayna resursları ilə bağlı razılaşma ABŞ-a təxminən 20 milyard dollar gəlir gətirəcək.

İndex.az xəbər verir ki, bu barədə “NewsNation”a müsahibəsində Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett danışıb.

“Çoxlu təxminlər var, amma məncə bunun Amerika xalqına təxmini 20 milyard dollar gəlir gətirəcək”, - deyə o bildirib.

Hassett əlavə edib ki, əgər bu əmanətlər ABŞ-yə məxsusdursa, bu, bir növ təhlükəsizlik zəmanətinə çevriləcək: “Siz əlbəttə ki, ABŞ obyektlərinə hücum etmək istəmərsiniz”.