ABŞ-da tənəzzül ehtimalı yenidən artıb.

İndex.az xəbər verir ki, "Goldman Sachs"ın ardınca "JPMorgan" da ABŞ-da tənəzzül ehtimalının artdığını bildirib.

Bankın iqtisadçılarının, o cümlədən Bryus Kasmanın fikrincə, ABŞ-da tənəzzül ehtimalı 25%-dən 35%-ə yüksəlib:

"ABŞ-dan gələn məlumatlar onu göstəriri ki, ABŞ-da işçi qüvvəsinə tələbat gözləniləndən daha kəskin zəifləyib. Bu isə, işçi qüvvəsinin itirilməsinin ilkin siqnallarıdır".