ABŞ-ın neft nəhəngi “Exxon Mobil” İndoneziyada neft-kimya layihəsinə 15 milyard dollara qədər sərmayə qoymağı planlaşdırır.
İndex.az xəbər verir ki, planlaşdırılan CCS obyektləri Cənub-Şərqi Asiyada ən böyük neft-kimya layihəsi olacaq.
İndoneziya prezidenti Widodo Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti üçün San-Fransiskoya səfəri zamanı “Exxon” prezidenti Darren Vuds ilə görüşüb.
“Exxon” və İndoneziyanın dövlət enerji şirkəti “Pertamina”, CCS obyektlərinə 2 milyard dollarlıq sərmayə qoyulmasını nəzərdən keçirmək barədə razılığa gəliblər.
Bu genişmiqyaslı imkanlar İndoneziyada, eləcə də Asiya Sakit Okean regionunda sənaye artımına və karbonsuzlaşmaya əhəmiyyətli dərəcədə təkan verə bilər.
