"Trampın təklif etdiyi tariflər istehlakçılar üçün xərcləri artıracaq".
İndex.az xəbər verir ki bu sözləri ABŞ-ın Maliyyə Naziri Canet Yellen ABŞ-ın keçmiş prezidenti və noyabrda keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi olan Donald Trampın təklif etdiyi tariflər barəsində verdiyi açıqlamada deyib.
Bununla yanaşı, may ayında Bayden administrasiyasının polad və alüminium, yarımkeçiricilər, elektrik nəqliyyat vasitələri, akkumulyatorlar, kritik minerallar və günəş batareyaları kimi məhsullara gömrük rüsumlarını artırma qərarı ilə bağlı suala cavab verən Yellen bildirib ki, Çinə tətbiq edilən gömrük rüsumlarının son dərəcə yüksək olduğuna inanır.
