Asiya-Sakit Okean bazarları ABŞ-ın inflyasiya məlumatlarını gözlədiyindən yenidən qarışmağa başlayıblar.

İndex.az xəbər verir ki, Yaponiyada "Nikkei 225" 0,7%, "Topix" isə 0,8% bahalaşıb.

Cənubi Koreyada "Kospi" yapon bazarlarının əksinə 0,05% ucuzlaşıb.

Avstraliyada "S&P/ASX 200" 0,6% bahalaşarkən, Honkonqun "Hang Seng" indeksi isə 0,6% ucuzlaşıb.

Çinin materik hissəsində "Şanxay Kompozit" İndeksi 0,4%, "Şenzen Komponent" İndeksi isə 0,4% artıb.

Beynəlxalq Valyuta Fondu qlobal iqtisadiyyatın 1990-cı ildən bəri ən zəif artımla üzləşə biləcəyi barədə xəbərdarlıq edib və gələcək illər üçün proqnozunu aşağı salıb.

"Dow Jones"un keçirdiyi sorğuda iştirak edən iqtisadçılar ABŞ-da istehlak qiymətləri indeksində illik müqayisədə 6% artım gözləyirlər.

Hazırda FED-in gələn ay uçot dərəcələrini 25 baza bəndi artıracağı gözlənilir.