ABŞ-ın ən böyük banklarından biri olan "Citigroup" daxili nəzarət və risk problemlərinin həllində kifayət qədər irəliləyiş əldə etmədiyi üçün 135,6 milyon dollar cərimələnib.
İndex.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) verdiyi açıqlamada Citigroup-un məlumatların keyfiyyətinin idarə edilməsi ilə bağlı problemlərinin həllində kifayət qədər irəliləyiş əldə etmədiyi bildirilib.
Açıqlamada qeyd edilib ki, bank davam edən riski idarə etmək üçün nəzarəti ələ ala bilmədiyindən,FED "Citigroup"u 60,6 milyon dollar cərimələyib.
FED Valyuta Nəzarəti Ofisi (OCC) ilə koordinasiyalı şəkildə hərəkətə keçib və OCC-nin açıqladığı cəza ilə birlikdə Banka ümumilikdə 135,6 milyon dollar cərimə kəsilib.
