ABŞ Çinə qarşı çip ixracına yeni məhdudiyyətlər elan etməsindən sonra Asiya çip istehsalçısı və digər səhmlər ucuzlaşıb.
İndex.az xəbər verir ki, çip istehsal edən nəhəng "Taiwan Semiconductor Manufacturing"in səhmləri 1,27%, onun həmkarı "Hon Hai Precision Industry" 0,47% dəyər itirib.
Digər tərəfdən, yerli Çin çip istehsalçısı SMIC-in səhmləri 4,62%-ə qədər artsa da, sonradan bu artım 2,43%-ə qədər enib. "Hua Hong Semiconductor" isə 0,41% itirib.
Məşhur çip istehsalçılarının səhmləri ABŞ Ticarət Departamentinin Çinə qabaqcıl süni intellekt çiplərinin satışına məhdudiyyətləri sərtləşdirməyi planlaşdırdığını söylədikdən sonra ucuzlaşıb.
Bu açıqlamadan sonra ABŞ-ın ip istehsalçılarının da səhmlərində ucuzlaşma müşahidə edilib.
Belə ki, "Nvidia" 7%, AMD isə təxminən 4% dəyər itirib.
"Marvell Technology", "Intel" və "Broadcom" şirkətlərinin hər biri təxminən 3% ucuzlaşıb.
ABŞ hökuməti bildirib ki, yeni qaydaların məqsədi keçən il süni intellekt çiplərinin ixracına qoyulan məhdudiyyətdən sonra yaranan boşluqları aradan qaldırmaqdır.
