ABŞ Federal Ehtiyat Sistemi (FED) "Bank of America", "Citigroup", "Goldman Sachs", "JPMorgan Chase", "Morgan Stanley" və "Wells Fargo" da daxil olmaqla 31 böyük ABŞ bankının məruz qaldığı illik stress testinin nəticələrini açıqlayıb.
İndex.az xəbər verir ki, FED, stress testinə məruz qoyduğu bankların ciddi tənəzzüldən çıxmaq üçün yaxşı vəziyyətdə olduğunu bildirib.
FED-dən bildirilib ki, iri bankların ciddi tənəzzülün öhdəsindən gəlmək və kapitallarını minimum kapital tələblərindən yuxarı saxlamaq üçün yaxşı imkanları var.
Lakin FED-in açıqlamasında qeyd olunub ki, banklar, ötən ilki sınaqla müqayisədə daha böyük itkilərə məruz qalacaqlar.
