ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti Nyu-York Fond Birjasında etdiyi çıxışında ABŞ-ın borc yükünü “saatlı bomba” kimi qiymətləndirib.

İndex.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti bildirib ki, xərclərin azaldılması və borc limitinin artırılması ilə bağlı qanun layihəsi yaxın həftələrdə parlamentdə səsə qoyulacaq.

ABŞ prezidenti Co Baydeni borc limiti ilə bağlı heç nə etməməkdə günahlandıran Makkarti, Prezident gizlənməyə davam etdiyi üçün respublikaçıların hərəkətə keçəcəyini bildirib.

Ağ Evi danışıqlara cəlb etməyə çalışdığına işarə edən Makkarti, ABŞ-ın defoltunun bir seçim olmadığını vurğulayıb.