ABŞ-ın borc limiti ilə bağlı yayılan narahatedici məlumatlar Asiya bazarlarını qarışdırıb.
İndex.az xəbər verir ki, Yaponiyanın "Nikkei 225" indeksi 0,45%, "Topix" inedksi isə 0,11% yüksələrək 1990-cı ilin avqustundan bəri ən yüksək səviyyəyə çatıb.
Cənubi Koreyanın "Kospi" indeksinin qiyməti sabit qalarkən "Kosdaq" indeksi isə 0,49% bahalaşıb.
Avstraliyada "S&P/ASX 200" indeksi mədən ehtiyatlarının təsiri ilə 0,79% ucuzlaşıb.
Çində "Şanxay Kompozit" indeksi 0,3%, "Şenzen Komponent" indeksi isə 0,18% dəyər itirib.
Honkonqda "Hang Seng" indeksi də 0,7% azalıb.
