ABŞ texnologiya şirkəti "Seagate"ni ixrac nəzarətini pozduğuna görə cərimələyib.
İndex.az xəbər verir ki, BBC-nin yaydığı məlumata görə, "ABŞ Ticarət Departamenti" "Seagate Technology"ni "Huawei"yə 1,1 milyard dollar dəyərində mal göndərərək ixrac nəzarətini pozduğuna görə 300 milyon dollar cərmələyib.
"Seagate" 300 milyon dollarlıq cəriməni bağlamaq üçün 5 il ərzində hər üç ayda bir 15 milyon dollar ödəyəcək.
ABŞ-ın qabaqcıl kompüter çipləri kimi texnoloji məhsulların Çinə ixracını əngəlləməyə çalışdığı bir vaxtda verilən cəza Vaşinqtonun Pekinə qabaqcıl texnologiya satışını dayandırmaq üçün son cəhdi idi.
