ABŞ Prezidenti Donald Trampın administrasiyası, Ermənistandakı səfir Kristina Kvin də daxil olmaqla, dünyanın təxminən 30 ölkəsindən səfirləri və yüksək rütbəli diplomatları geri çağırmaq qərarına gəlib.

İndex.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, öötən həftə 29 ölkənin diplomatına səlahiyyət müddətlərinin 2026-cı ilin yanvarında başa çatacağı barədə xəbərdarlıq edilib.

Həmin diplomatların hamısı Co Baydenin prezidentliyi dövründə təyin ediliblər. Agentliyin mənbəsi bildirib ki, Trampın bu addımı diplomatik korpusda onun "Öncə Amerika" şüarı ilə tanınan siyasi prioritetlərini tam dəstəkləyən şəxslərin yer almasına yönəlib.

Bununla yanaşı, AP-nin mənbələri dəqiqləşdiriblər ki, diplomatlar Vaşinqtona qayıtdıqdan sonra istəyəcəkləri təqdirdə, digər diplomatik vəzifələrdə çalışa biləcəklər. Dövlət Departamenti bu dəyişiklikləri şərh etməkdən boyun qaçıraraq vurğulayıb ki, bu hər bir administrasiya üçün adi prosedir, çünki səfir prezidentin şəxsi nümayəndəsidir.