ABŞ-ın Arkanzas ştatı "TikTok" və "Meta"nı istifadəçilərə qarşı "aldadıcı üsullardan" istifadə etdiyinə görə məhkəməyə verib.
İndex.az xəbər verir ki, ABŞ-ın Arkanzas ştatının qubernatoru Sarah Hukabi Sanders və baş prokuror Tim Qriffin mətbuat konfransında "TikTok" və "Meta"ya qarşı üç fərqli iddianın açıldığını açıqlayıblar.
Sanders açıqlamasında bildirib ki, böyük texnologiya şirkətləri uşaqları aslılıq yaradan platformalardan istifadə etməyə məcbur edir:
"Biz böyük texnologiya şirkətlərini uşaqlarımızı asılılıq yaradan platformalardan istifadə etməyə məcbur etdiklərinə və onları uyğun olmayan məzmun dünyasına məruz qoyduqlarına görə məsuliyyətə cəlb etməliyik. Mənim rəhbərliyim bu uğursuz status-kvoya dözməyəcək".
Qriffin isə bu iddiaların məzmunla bağlı deyil, istifadəçilərə qarşı aldadıcı üsullardan istifadə edən şirkətlərlə bağlı olduğunu bildirib.
