ABŞ-da avqust ayı üçün xidmət sektoru üzrə məlumatlar açıqlanıb.
İndex.az xəbər verir ki, ABŞ-da xidmət sektorunun fəaliyyəti yeni sifarişlər artması və işə qəbul olunan şəxslərin çoxalması nəticəsində son 6 ayın ən yüksək səviyyəsinə yüksəlib.
Beləliklə, ABŞ-da xidmət sektoru göstəricisi avqustda 54,5-ə yüksəlib.
Gözlənti bu göstəricinin 52,5 olacağı idi.
İndeksin 50-dən yuxarı olması sektorda artımın olduğunu göstərir.
