Sentyabr ayında ABŞ-da pərakəndə satışlar proqnozları üstələyib.
İndex.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, pərakəndə satışlar sentyabr ayında aylıq 0,7% artıb.
İqtisadçılar 0,3%-lik artım gözləyirdilər.
Avtomobil xaric satışlar da bu dövrdə 0,6% artaraq 0,2%-lik təxminləri ötüb.
13 pərakəndə satış kateqoriyasından səkkizi ötən ay yüksəlib.
