ABŞ-da özəl sektor üzrə məşğulluq məlumatları sentyabr ayında gözləntilərin altında olub.
İndex.az xəbər verir ki, xüsusi sektor məşğulluğu sentyabr ayında 89 min artıb.
İqtisadçılar artımın 150 min olacağını gözləyirdilər.
Bununla əlaqədar olaraq avqust məlumatları da 177 mindən 180 minə revize edildi.
