ABŞ kriptovalyutalara nəzarəti gücləndirib.
İndex.az xəbər verir ki, keçən ilin noyabr ayında ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC), Əmtəə Fyuçers Ticarət Komissiyası (CFTC) və ABŞ Ədliyyə Departamentinin kriptovalyuta birjası FTX ilə bağlı araşdırmaya başlamasından sonra kriptovalyuta aktivlərinə və ticarət platformalarına təzyiqlər artmağa başlayıb.
SEC və CFTC FTX-nin likvidlik böhranını araşdırarkən, ABŞ Ədliyyə Departamentinin araşdırması "fırıldaqçılıq" kimi cinayət pozuntularına yönəldi.
FTX-in təsisçisi və keçmiş baş icraçı direktoru (CEO) Sam Bankman-Fraydın ABŞ-ın cinayət şikayətindən sonra Baham adalarında həbs edilməsi və sonrakı məhkəmə prosesi də kriptovalyuta platformaları ilə bağlı müzakirələri canlı saxladı.
