ABŞ Əmək Departamenti həftəlik işsizlik müavinəti müraciətləri ilə bağlı məlumatları açıqlayıb.
İndex.az xəbər verir ki, ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 13 min nəfər azalaraq 198 minə düşüb.
Beləliklə, işsizlik müraciətləri yanvar ayından bəri ən aşağı səviyyəyə düşüb.
Bazar gözləntilərinin altında olan işsizlik müraciətlərinin bu dövrdə 210 min olacağı gözlənilirdi.
