“ABŞ Əmək Departamenti” həftəlik işsizlik müraciətləri ilə bağlı məlumat açıqlayıb.
İndex.az xəbər verir ki, ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı gözləntiləri geridə qoyaraq 192 minə düşüb.
Açıqlanan məlumatlara görə, müraciətlərdə iyul ayından bu yana ən sürətli azalma reallaşıb.
Qeyd edək ki, müraciətlərin orta hesabla 205 minə düşəcəyi nəzərdə tutulurdu.
Əvvəlki həftə işsizlik müavinəti müraciətləri 211 mindən 212 minə yüksəlmişdi.
