"ABŞ Əmək Departamenti" mart ayı üzrə İQİ məlumatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, "ABŞ Əmək Departamenti"nin açıqladığı məlumatlarda bildirilib ki, ABŞ-da "İstehsalçı Qiymətləri İndeksi" (İQİ) mart ayında aylıq bazda 0,5% azalarkən, illik bazda 2,7% artaraq gözləntilərin altında qalıb.

Qeyd edək ki, iqtisadçıların orta hesablamasına görə, aylıq İQİ-də heç bir dəyişiklik olmayacaqdı.

Mart ayında istehsalçı qiymətləri ötən illə müqayisədə 2,7% artıb. Fevralda istehsalçı inflyasiyası ötən ilə nəzərən 4,9% təşkil edib.