ABŞ-da istiqraz bazarı 2020-ci ilin martından bəri ən pis gününü yaşadı.

İndex.az xəbər verir ki, ABŞ-da inflyasiya məlumatlarının gözləniləndən yüksək olması 30 illik istiqrazların gəlirliliyini 19 baza bəndinə yüksəldib.

Bu artım pandemiyadan sonra ən yüksək artım kimi qeydə alınıb.

ABŞ xəzinə istiqrazlarının bütün ödəmə müddətləri nəzərə alındığında, ən azı 9 baz bəndlik artım yaşanıb.

10 illik istiqraz faizi isə 14 baz bənd artaraq 4,70%-ə yüksəlib.