ABŞ-da qısamüddətli inflyasiya gözləntiləri artıb.
İndex.az xəbər verir ki, ABŞ-da istehlakçıların qısamüddətli inflyasiya gözləntiləri aprel ayında 3,3% yüksələrək 2023-cü ilin noyabrından bəri ən yüksək səviyyəyə çatıb.
Təxminən 1300 ailənin iştirakı ilə aparılan sorğunun nəticələrinə görə, aprel ayında yaxın 12 ayı əhatə edən qısamüddətli inflyasiya gözləntisi 0,3 bənd artaraq 3,3%-ə yüksəlib.
Növbəti 3 illik dövrü əhatə edən orta inflyasiya gözləntisi eyni dövrdə 2,9%-dən 2,8%-ə düşərkən, 5 illik dövrü əhatə edən inflyasiya gözləntisi 2,6%-dən 2,8%-ə yüksəlib.
