ABŞ-da dövlət qurumlarının bağlanmasının qarşısını ala biləcək razılaşmaya ehtimal getdikcə azalır.
İndex.az xəbər verir ki, Nümayəndələr Palatasının spikeri Kevin MakKarti Meksika ilə sərhəddə Donald Trampın dövründə başlanan divarın tamamlanmasını, Ukraynaya yeni yardımın göstərilməməsini və federal xərclərin daha da azaldılmasını tələb edib.
Lakin bu tələblər qarşısında həftə sonu razılığın əldə olunacağı gözlənilmir.
Əvvəlki bağlanmalarda heç bir maliyyə qarışıqlığının olmaması və respublikaçıların bu tələblərlə bağlı öz aralarında fikir ayrılığı Bayden administrasiyasının əlini gücləndirir.
Digər tərəfdən, FED üzvü Nil Kaşkari, hökumətin bağlanmasının iqtisadiyyatı yavaşlata biləcəyini, bu halda faiz artımından istifadə etmələrinə ehtiyac qalmayacağını söyləyib.
