Makkarti borc limiti mövzusunda razılaşma əldə oluna biləcəyini söyləyib.
İndex.az xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti mətbuata verdiyi açıqlamada, borc limiti ilə bağlı danışıqlarda bu həftə sonu prinsipial razılığın əldə oluna biləcəyini və gələn həftə Nümayəndələr Palatasında səsverməyə çıxarıla biləcəyini söylədi.
Makkarti vurğuladı ki, Nümayəndələr Palatasının ABŞ-ın tarixi defoltundan qaçmaq üçün gələn həftə onun və ABŞ prezidenti Co Bayden tərəfindən təyin olunan danışıqlarçıların əldə etdiyi razılaşmaya səs verməsi lazımdır.
