ABŞ-da Birləşmiş Avtomobil İşçiləri Həmkarlar İttifaqının (UAW) 3 böyük avtomobil istehsalçısına qarşı keçirdiyi tətilin dəyəri açıqlanıb.
İndex.az xəbər verir ki, açıqlanan məlumatlara görə, avtomobil işçilərinin tətilinin istehsalçılara vurduğu zərər 6 həftədə 10,4 milyard dollara çatıb.
Bu xərcin təxminən 650 milyon dolları əmək haqqı itkisi, 4,3 milyard dolları istehsalçı zərəri, 3,3 milyard dolları tədarükçü itkisi, 2 milyard dolları isə diler, müştəri və digər zərərlərdən ibarət olub.
Açıqlamada, həmkarlar ittifaqının 3 avtomobil istehsalçısı ilə müvəqqəti razılaşma əldə etməsindən əvvəl işdən çıxarılan işçilərin sayının 56 mini keçdiyi bildirilib.
