ABŞ-da açıqlanan pərakəndə satış və işsizlik müavinəti tətbiqi məlumatlarından sonra, investorlar FED-in 2024-cü ildə uçot dərəcələrini 100 baza bəndi azaldacağını düşünür.
İndex.az xəbər verir ki, bu isə qlobal bazarlara müsbət təsir etməyə başlayıb.
Belə ki, "S&P 500" birjasının göstəricisi 5500-ü keçib və indeksin 6 günlük birjanın davamlı yüksəlişi 6,6%-ə çatıb.
"Nasdaq 100" birjası 2,5% dəyər qazanarkən, kiçik şirkətlərdən ibarət olan "Russell 2000" birjası 2,5% bahalaşıb.
ABŞ-ın 10 illik xəzinə istiqrazlarının gəlirliliyi 8 bənd artaraq 3,91%-ə çatıb.
ABŞ iqtisadiyyatının tənəzzülə girməyəcəyi ilə bağlı gözləntilər Asiya birjalarını da dəstəkləyib.
Asiyada demək olar ki, bütün əsas fond birjaları yüksəlib.
MSCI Asiya Sakit Okean birjası bir ildən çox müddət ərzində ən yaxşı həftəlik performansını əldə etməyə doğru gedir.
Yaponiyada zəifləyən yen (Yaponiyanın pul vahidi) ixracatçı şirkətlərin səhmlərini dəstəklədiyi üçün "Nikkei 225" birjası, təxminən 3% bahalaşıb.
