"ABŞ-ın iqtisadi təzyiq və məhdudiyyətləri Çinin inkişafını dayandıra bilməz".
İndex.az xəbər verir ki, bu sözləri Çin Dövlət Departamentinin sözçüsü Mao Ninq ABŞ Yarımkeçiricilər Sənayesi Assosiasiyasının prezidenti Con Noyferin "Bloomberg"ə verdiyi müsahibəsini qiymətləndirərkən söyləyib.
Ninq bildirib ki, ABŞ-ın çip istehsalının qarşısını almaq və məhdudlaşdırmaq səylərinin Çinin inkişafını dayandırmayacağı, əksinə, yenilikçi və özünü təmin etmək əzmini artıracağı mesajını verdi.
Qeyd edək ki, ABŞ Yarımkeçiricilər Sənayesi Assosiasiyasının prezidenti Con Noyferin "Bloomberg"ə verdiyi müsahibədə Çinin Amerika çip istehsalçılarının "ən böyük bazarı" olduğunu və ABŞ administrasiyasının milli təhlükəsizlik narahatlıqlarına baxmayaraq bazara daxil olmaq istədiyini söyləmişdi.
