ABŞ Maliyyə Nazirliyi avqust ayı üçün büdcə hesabatını dərc edib.

İndex.az xəbər verir ki, ABŞ federal hökuməti avqust ayında kəsir gözləntilərinin əksinə olaraq büdcədə 89 milyard dollarlıq artım əldə edib.

Federal hökumətin keçən ilin eyni ayında 220 milyard dollarlıq büdcə kəsiri var idi.

Beləliklə, büdcə balansı ötən ilin eyni ayı ilə müqayisədə 309 milyard dollar artıb.

Bu dövrdə büdcə balansı ilə bağlı bazarlarda büdcənin 240 milyard dollar kəsir verəcəyi gözlənilirdi.