ABŞ Maliyyə Nazirliyi mart ayı üçün büdcə balansı hesabatını açıqlayıb.
İndex.az xəbər verir ki, ABŞ federal hökumətinin büdcə kəsiri mart ayında gəlirlərin azalması və xərclərin artması nəticəsində 378 milyard dollar təşkil edib.
Büdcə kəsiri əvvəlki ilin eyni ayı ilə müqayisədə 96% artıb.
Belə ki, Federal hökumətin keçən ilin eyni ayında 193 milyard dollar büdcə kəsiri var idi.
Hökumətin gəlirləri əvvəlki ilin eyni ayına görə təxminən 1% azalaraq 313 milyard dollara enərkən, xərcləri 36% artaraq 691 milyard dollara çatıb.
2023-cü maliyyə ilinin altıncı ayı olan mart ayı etibarilə ölkənin cəmi büdcə kəsiri əvvəlki ilin eyni dövrünə görə təxminən 65% artaraq 1 trilyon 101 milyard dollar oldu.
