“Azərbaycan Beynalxalq Bankı”ı (ABB) 2024-cü ilin 2-ci rübü üzrə maliyyə hesabatını açıqlayıb.
İndex.az xəbər verir ki, 2024-cü ilin 2-ci rübündə ABB-nin aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 1.509.439 milyon manat artaraq 13.258.894 milyon manata yüksəlib.
Xatırladaq ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb.
Onun nizamnamə kapitalı 1.225.647 milyon manatdır.
Bankın səhmlərinin 96.37%-i Azərbaycan Respublikasına, 0.23%-i “Aqrarkredit” QSC-yə, 0.35%-i hüquqi şəxslərə, 3.05% fiziki şəxslərə məxsusdur.
