"A-Qrup Sığorta" 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, "A-Qrup Sığorta"nın aktivləri 2023-cü il ərzində azalıb.

Belə ki, "A-Qrup Sığorta"nın aktivləri 2023-cü ilin əvvəlinə nəzərən 2.075 milyon manat azalaraq 27.126 milyon manata enib.

Qeyd edək ki, ötən ilin əvvəlində şirkətin aktivləri 29.201 milyon manat təşkil edib.

2023-cü il ərzində "A-Qrup Sığorta"nın sığorta haqqları 21.117 milyon manat olub.

Ötən ilin əvvəlində şirkətin sığorta haqlarının 24.628 milyon manat olduğunu nəzərə alsaq, 3.511 milyon manat azalmanın olduğunu görərik.

2023-cü ildə "A-Qrup Sığorta"nın sığorta ödənişləri 2.506 milyon manat artaraq 15.333 milyon manata yüksəlib.

Hesabat dövrünün əvvəlində bu göstərici 12.827 milyon manat olub.

"A-Qrup Sığorta"nın hesabat dövrü üzrə xalis mənfəəti 2023-cü ilinə əvvəlinə nəzərən 641 min manat artaraq 699 min manata çatıb.

Ötən ilin əvvəlində 45 min manat olan kreditor borcları hesabat dövrünün sonunda sıfırlanıb.

2023-cü il ərzində "A-Qrup Sığorta"nın cəmi kapital 641 min manat artaraq 11.463 milyon manatdan 12.105 milyon manata yüksəlib.

Şirkətin nizamnamə kapitalı hesabat dövrü ərzində dəyişməyərək 10.005 milyon manat olaraq qalıb.

Xatırladaq ki, “A-Qrup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmlərinin 100%-i Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.