"3M" (Multinational conglomerate company) kütləvi ixtisara hazırlaşır.
İndex.az xəbər verir ki, "3M" holdinq üçün mühüm əhəmiyyət kəsb edən bir neçə bazarda tələbin zəifləməsi səbəbindən 6000 işçini işdən çıxaracağını açıqlayıb.
Beləliklə, şirkət ildə 900 milyon dollara qənaət edəcək.
Məsələ ilə bağlı açıqlama verən şirkətin baş direktoru Mayk Roman bildirib ki, bu ixtisarlar şirkətin əsas hissəsindəki xərcləri azaldacaq, təchizat zəncirinin strukturunu daha da sadələşdirəcək və gücləndirəcək, bununla yanaşı bazara çıxmaq üçün biznes modellərini sadələşdirəcək və marjalar ilə pul axınını yaxşılaşdıracaq.
