Amerika Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA) "Tesla" avtomobilləri ilə bağlı araşdırma başladıb.

İndex.az xəbər verir ki, NHTSA sükan idarəetməsi və elektrik sükanının itirilməsi xəbərləri səbəbindən 280 min yeni "Tesla Model 3" və "Model Y" avtomobili ilə bağlı araşdırmaya başlayıb.

"Tesla" proqram yeniləmələri ilə bəzi səhvləri düzəldə bilər.

Bununla belə, NHTSA araşdırmanın nəticələrinə əsasən avtomobillərin geri çağırılmasını tələb edə bilər.