"Google"un e-poçt xidməti "Gmail"ə məxsus təxminən 183 milyon hesabın parollarının sızdırıldığı məlum olub.

İndex.az xəbər verir ki, kibertəhlükəsizlik mütəxəssislərinin paylaşdığı məlumata görə, məlumat sızması 2025-ci ilin aprelində baş verib, lakin hadisə yalnız bu yaxınlarda aşkar edilib.

Sızdırılan məlumatda istifadəçi adları, e-poçt ünvanları və parolların olduğu güman edilir. Mütəxəssislər məlumatların satıla biləcəyi barədə xəbərdarlıq edirlər.

Hesabın təhlükəsizliyini təmin etmək üçün istifadəçilərə parollarını dərhal dəyişmələri, iki faktorlu autentifikasiyanı aktivləşdirmələri və platformalarda oxşar parollardan istifadə etməmələri tövsiyə olunur.

"Google" isə hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.