“Rahat”, “Grandmart”, “Bolmart”, “Port bazar”, “Baqqal” və “Pribaltika məhsulları” kimi marketlər şəbəkələrinin külli miqdarda vergi borcu yaranıb.
İndex.az "Demokrat.az"a istinadən xəbər verir ki, sözügedən şəbəkələrin vergi borcu ilə yanaşı təchizatçılara da on milyonlarla vəsaiti ödəmədiyi üzə çıxıb.
Bu səbəbdən təchizatçı şirkətlər məhkəməyə müraciət ediblər. Onlar məhkəmə iddiasında sözügedən borcların ödənilməsi tələbini irəli sürüblər. Araşdırmamız nəticəsində məlum olub ki, adları qeyd olunan marketlər şəbəkələrində ümumilikdə 10 mindən çox işçi çalışır və aylardır onlar əmək haqqlarını ala bilmirlər.
Məlumat üçün bildirək ki, 2025-ci il sentyabrın 20-də Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunaraq həbs olunub.
Səbail rayon məhkəməsində məhkəmə baxışı zamanı Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib. 2026-cı il yanvarın 13-də isə onunla bağlı həbs qətimkan tədbirinin müddəti uzadılıb.
