FED ötən həftənin balans hesabatını açıqlayıb.
İndex.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemidən (FED) verilən açıqlamada bildirilib ki, FED-in balansı ötən həftə tarixinə təxminən 300 milyard dollar artaraq 8,69 trilyon dollara çatıb.
Sözügedən dövrdə banklar likvidlik dəstəyi verən endirim pəncərəsindən 152,9 milyard dollarlıq rekord məbləğdə borc götürüblər.
Buna qədər qeydə alınan ən yüksək məbləğ 2008-ci il maliyyə böhranında 111 milyard dollar olub.
Qeyd edək ki, ötən həftə banklar FED-dən 4,6 milyard dollar borc götürmüşdülər.
Digər tərəfdən, FED-in ABŞ-ın müvafiq depozit təşkilatlarına kredit verilməsini asanlaşdırmaq üçün martın 13-də başlatdığı “Bank Müddətli Maliyyələşdirmə Proqramı” (BTFP) çərçivəsində 3 gündə 11,9 milyard dollar borc verilib.
