“Veysəloğlu” işçi axtarır – VAKANSİYA

Veysəloğlu MMC

Daxili Nəzarət üzrə mütəxəssis

Son tarix 02 may 2025 – recruitment@veyseloglu.az

İş barədə məlumat:

  • Funksiya: Daxili Nəzarət Departamenti/Operativ Yoxlama və Təftiş şöbəsi
  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
  • Nahar ilə təmin edilmə
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Vəzifə öhdəlikləri:

  • Şirkətin müxtəlif strukturlarında mütəmadi olaraq yoxlamalar aparmaq;
  • Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatlar təqdim etmək;
  • İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək;
  • Nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş çatışmazlıqları, dələduzluq hallarını aktlaşdırmaq və onların aradan qaldırılması istiqamətində tədbirlər görmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Tələblər:

  • Ali iqtisadi təhsil;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Dəqiq və məsuliyyətli olmaq;
  • Yüksək analitik təhlil qabiliyyəti;
  • MS Office proqramları biliyi (xüsusilə Excel);
  • Komandada işləmək bacarığı;
  • Mübahisə və problemlərlə qarşılaşan zaman yerində həll etmə bacarığı;
  • Şəxsi avtomobil mütləqdir;
  • Ölkə ərazisi üzrə ezamiyyətlərə gedə bilmək.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Daxili Nəzarət üzrə mütəxəssis” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və  ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.