“Toyota” elektromobillərinin sayını artırır

“Toyota” elektromobillərinin sayını artırmaq qərarına gəlib.

İndex.az xəbər verir ki, Yaponiya mətbuatının yaydığı məlumata görə, “Toyota” 2027-ci ilə qədər elektromobil modellərinin sayını 5-dən 15-ə çatdırmağı hədəfləyir.

Bundan əlavə, şirkət elektromobil istehsalını 1 milyon ədədə çatdıracaq.