Türkiyə illik 1 milyona qədər elektromobil istehsal edəcək

Türkiyə hökuməti illik 1 milyona yaxın elektrik avtomobili istehsal etmək niyyətindədir.

İndex.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

O bildirib ki, illik istehsalı 1 milyon ədədə çatdırmaq üçün 5 milyard dollar dəyərində elektrikli avtomobil stimullaşdırıcı paketi işə salınıb.

O xatırladıb ki, iyulun əvvəlində Türkiyə dünyanın ən böyük elektrik avtomobil istehsalçısı olan Çinin BYD şirkəti ilə 1 milyard dollardan çox məbləğdə müqavilə imzalayıb.

“Digər şirkətlərlə danışıqlarımız davam edir”, – Türkiyə prezidenti qeyd edib.

BYD ilə müqavilə Türkiyədə ildə 150 ​​min elektromobil və hibrid avtomobil istehsal gücünə malik zavodun açılmasını nəzərdə tutur.