“Mərkəzi Bank” 30 milyardlıq ianənin qaynağını açıqladı

Fevralın 6-da baş verən və minlərlə vətəndaşımızı itirən zəlzələlərdən sonra yardım kampaniyaları bütün sürəti ilə davam edir. Ötən gecə Türkiyə liderlərini bir araya gətirən “Türkiyə Bir Ürək” kampaniyasında 115,1 milyard TL yardım toplanıb.

İndex.az xəbər verir ki, efirə çıxan “Türkiyə Respublikası Mərkəzi Bankı”nın rəhbəri Şahap Kavcıoğlu bankın 30 milyard TL ianə edəcəyini açıqlayıb. Ancaq 30 milyard TL-lik yardım böyük marağa səbəb olmaqla yanaşı, müzakirələrə də səbəb olub.

Bu mübahisəli məbləğin ardınca Mərkəzi Bankdan açıqlama gəlib. Mərkəzi Bank 30 milyard lirəlik ianənin bankın 2022-ci il mənfəəti hesabına qarşılanacağını açıqlayıb. Reuters qaynaqlarına görə, Mərkəzi Bankın hər il Xəzinədarlığa köçürdüyü dividentdən 30 milyard lirəsinin bu il kampaniyaya ayrılacağı bildirilir.

Qeyd edək ki, “Türkiyə Cümhuriyyəti Mərkəzi Bank”ı 30 milyard TL ianə ilə “Türkiyə Bir Ürək” kampaniyasının ən yüksək yardımını edən oldu. TCMB daha əvvəl 1999-cu il zəlzələsi və pandemiya dövründə mühüm yardım göstərmişdi.